Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür - VİDEO

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür - VİDEO

Bu gün Milli Qəhrəman Çingiz Mustafayevin anadan olmasından 58 il ötür. O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində anadan olub. Orta məktəbi bitirəndən sonra o, atasının istəyi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub və oranı müvəffəqiyyətlə bitirib. Daha sonra Tibb Universitetini bitirən Çingiz Mustafayev təyinatla 3 il Şabran rayonunda həkim işləyib. Onu Azərbaycanın ilk DJ-yi kimi də tanıyırlar. Təbii ki, birinci Qarabağ müharibəsinə qədər. 

1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərən Çingiz təkcə Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları sayəsində informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklər Amerika və Avropanın aparıcı agentlikləri və televiziyalarına yol tapıb. Daha sonra Çingiz “215 KL” studiyasını yaradıb. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 KL studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar Çingizin fəaliyyətinin əsas hədəfləri idi.

Xocalı soyqırımını lentə almaqla Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qalıb. O, 1992-ci ilin iyun ayının 15-də Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Çingiz Mustafayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə