Məşhur sovet və rusiyalı müğənni İosif Kobzon bu gün Moskvada vəfat edib.
REAL xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşının köməkçisi bildirib.
O, 80 yaşında dünyasını dəyişib.
İosif Kabzonun səhhətində problemlər 2001-ci ildə başlamışdı. 2004-cü ildə onda onkoloji xəstəlik aşkarlanmış və üzərində ilk əməliyyat aparılmışdı. 2015-ci ildə müğənni demişdi ki, onu İtaliyada əməliyyat etməlidirlər.
İosif Kobzon Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə 2007-ci ildə Azərbaycanın yüksək dövlət mükafatı - “Şöhrət” ordeninə layiq görülüb