Tarixin yeni hökmü - VİDEO

Tarixin yeni hökmü - VİDEO
Rusiya-Azərbaycan İttifaqı?

Cənubi Qafqazda daha bir geosiyasi fəlakətlə üzləşən Rusiyanın cənub sərhədlərində hərbi-siyasi vəziyyət fundamental olaraq dəyişib. Bu fikirlər jurnalist Eynulla Fətullayevin Haqqın.az portalında dərc olunan yazısında yer alıb. “Tarixin yeni fərmanı-Rusiya-Azərbaycan” adlı məqalədə müəllif qeyd edib ki, Qərbin Gürcüstan və Ermənistanda Rusiyanın siyasi təsislərini dağıtdıqdan sonra Azərbaycan və Türkiyə hökuməti tərkibində də dəyişiklik etmək cəhdi milli elitanın sərt müqaviməti ilə qarşılaşıb.

Qərb Rusiya ətrafında “rəngli kəmər” konsepsiyasını gerçəkləşdirməkdə davam edir. Rusiyanın özündə status-kvonu dəyişdirmək cəhdi uğursuz olub. Əksinə, mərkəzəqazçan qüvvənin gücləndirilməsi və sərt idarəetmə siyasi sistemin stabilləşməsi ilə Kremlin nəinki bütün post-sovet regionunda rolunu möhkəmləndirməyə şərait yaradıb, eyni zamanda, keçmiş sovet düşərgəsində iqtisadi, humanitar və siyasi təsirini artırıb. Qərb isə belə bir vəziyyətdə Rusiyanın təsiri altında olan bölgələrdə status-kvonu dəyişmək üçün bütün güclərini səfərbər edib.

Məqalədə qeyd olunub ki, indi Rusiya ilə təhlükəli qarşıdurma və yeni inqilabi hökumətlərdə idarəoluna bilən xaosun tətbiqi asan görünmür və avroatlantik cəmiyyətə azı 10 ildən tez inteqrasiya olunmağı vəd etmir.

Bəs, Moskva-Bakı-Ankara siyasi birliyi niyə yaranıb? Müəllif yazır ki, iki sosial-mədəni sivilizasiya arasında əsas toqquşma nöqtələrindən biri Qafqaz regionudur. Moskvanın qarşıdurma zonasını Suriya və Liviyada aktiv fəaliyyətə qoşulmaqda Yaxın Şərqə qədər genişləndirmək cəhdi Qərbin post-Sovet məkanında siyasi təsirini dayandırmağa mane olmayıb.

Rusiyanın siyasi təsirləri ilk olaraq Gürcüstandan sıxışdırılıb çıxarıldı. Daha sonra Kremlin əsas postu – Ermənistan ələ keçirildi. Qərbin müstəqil Azərbaycan və Türkiyədə rəhbərliyi dəyişmək cəhdi isə milli elitanın sərt müqaviməti ilə qarşılaşıb. Qərbin xüsusi qüvvələri tərəfindən Bakıda üsyana, rəngli inqilablara təhrik, Ankarada Gəzi hadisələri əks reaksiyaya səbəb olub. Hər iki ölkədə Qərb siyasi dairələri potensial təhlükə kimi görülməyə başlanıb.

Qərbin Azərbaycan, daha sonra Türkiyə hökuməti ilə təzadlı münasibətləri onun özünə qarşı yönəlmiş fəsadlara yol açıb. Osmanlı dövlətinin süqutu və Kamalizmin formalaşmasından etibarən 100 il ərzində qurulan Qərb-Türkiyə siyasi birliyi gözlənilmədən iflasa uğrayıb. Azərbaycanda isə indiyə qədər görülməmiş geniş səlahiyyətlərə sahib olan Qərb siyasi institutları Bakıdan qovulub.

Müəllifin fikrincə, siyasi tarixdə ilk dəfə yeni geosiyasi quruluş yaranıb, ki bu da Rusiya ideoloqlarına Moskva-Bakı-Ankara geosiyasi birliyi anlayışını irəli sürməyə imkan yaradıb. Yeni siyasi proseslər Rusiya-Azərbaycan hərbi-siyasi birliyindən də xəbər verir. Rusiya və Azərbaycanın yaxınlaşmasını, digər ünsürləri nəzərə almasaq, beynəlxalq asayiş, təhlükəsizlik və beynəlxalq münasibətlər məsələsinə eyni yanaşma, eyni baxış tərzi şərtləndirir. İnsan hüquqları və milli iradənin universallığını qəbul edən Rusiya və Azərbaycan bütün dünyaya diktə edilən birqütblü yeni standartları rədd edir. Bu standartlar – qloballaşma, daimi siyasi partlayışlar nəzəriyyəsi, ölkələrin daxili işlərinə qarışmaq “hüquq”u, “böyük xaoslar”ı idarə etmək dövlətlərin suveren hüquqlarını pozur. Ona görə də Rusiya-Azərbaycan ittifaqı təbii, ideoloji, fəlsəfi və tarixi zəmində formalaşıb.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər