Dini radikalizmə qarşı dirəniş (VİDEO)

Dini radikalizmə qarşı dirəniş (VİDEO)
Dini radikalizmin yayılmasına qarşı tədbir keçirildi

"Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi düşündürən ciddi məsələdir".

Bunu Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev “Qeyri-Hökumət Təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda dedi. O bildirdi ki, hazırda Azərbaycanın ən ciddi problemlərindən biri dini radikalizmdir.

Qafqaz Müsəlmaları İdarəsinin sədr müavini Fuad Nurullayev də öz çıxışında təhsilli, dini savadı yüksək olan insanların sayının artılrılması ilə dini radikalizmə qarşı mübarizə aparmağın mümkünlüyündən danışdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanli da öz növbəsində dini radikalizmlə mübarizədə qht-larının işinin önəmli olduğunu bildirdi. Komitə sədri elə ona görə də bu tədbirə QHT nümayəndələrini çağırdıqlarını söylədi.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər