Türkiyənin Azərbaycandakı hərbi ataşesi, general-mayor Zafer Ocakın missiyası başa çatıb.
REAL xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 30 Avqust - Zəfər Bayramı münasibətilə təşkil olunan mərasimdə deyib.
“Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi general-mayor Zəfər Ocaq bu gün vəzifəsini başa vurur. Bu mərasim eyni zamanda Zəfər Ocaq üçün də, belə demək mümkündürsə, vida mərasimidir”, - deyə mərasimdə çıxış edən Türkiyənin Azərbnaycandakı səfiri Erkan Özoral bildirib.
Qeyd edək ki, Z.Ocak iki ildir Türkiyənin Azərbaycandakı hərbi ataşesi vəzifəsində çalışırdı.