Bu gündən hacılar Mədinə ziyarətinə başlayıblar. Ziyarətin 3 gün davam edəcəyi bildirilir. Bu barədə REAL-a Qafqaz Müsəlmanları İdarəsinin həcc məsələləri üzrə məsul şəxsi Həmdulla Babayev məlumat verdi.
Dini ayinləri başa vuranlar senytabrın birindən etibarən Vətənə geri dönəcəklər. Hacilari gətirən axırıncı təyyarə Səudiyyə Ərəbistanından sentyabrın 4 də yola düşəcək.
Qeyd edək ki, bu il Azərbaycandan həcc ziyarətinə 1440 zəvvar yola düşüb.