Ermənistanın müdafiə naziri David Tonoyan bu gün ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsi və ABŞ-ın hərbi attaşesi Ceyms Tomsonu qəbul edib.
Görüşdə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Tərəflər bu ilin sentyabr ayında Kanzas ştatının Milli qvardiyası ilə əməkdaşlığın 15 illiyi münasibətilə tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərindən danışıblar. Amerika tərəfinin xahişi ilə Tonoyan Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədindəki qoşunların təmas xəttində vəziyyət barədə məlumat verib.