Aİ miqrasiya böhranı ilə mübarizə üçün Latın Amerikası ölkələrinə 35 milyon avro verəcək

Aİ miqrasiya böhranı ilə mübarizə üçün Latın Amerikası ölkələrinə 35 milyon avro verəcək

Avropa İttifaqı (Aİ) Venesuela miqrasiya böhranı ilə mübarizə üçün Latın Amerikası ölkələrinə 35 milyon avro verəcək.

Trend-in məlumatına görə, bu barədə İspaniyanın baş naziri Pedro Sançez Kolumbiyanın prezidenti İvan Duke ilə görüşdən sonra bildirib.

P. Sançez deyib: "Bu gün Brüsseldə qərara alındı ki, Avropa İttifaqı Latın Amerikası ölkələrinə bu miqrasiya böhranına müqavimət göstərə bilmələri üçün 35 milyon avro verəcək".

Baş nazir həmçinin Kolumbiya xalqını dəstəklədiyini bildirib: "İspaniya hökuməti Kolumbiya xalqı ilə həmrəy olduğunu bildirir, çünki hazırda Kolumbiyada Venesuelada yaşanan siyasi, iqtisadi və sosial böhrandan kütləvi şəkildə qaçan bir milyondan çox venesuelalı var".
 

Digər xəbərlər
Bu gün
Dünən