Ölkədə ət qiymətlərinin ucuzlaşdırılması üçün tədbirlər görülür - VİDEO

Ölkədə ət qiymətlərinin ucuzlaşdırılması üçün tədbirlər görülür - VİDEO
Heyvandarlığın inkişafına dair dövlət proqramı hazırlanır

Hazırda ölkədə mövcud olan heyvanlara uyğun otlaq sahələri paylanmayıb. yəni heyvanların yalnız 35 faizi otlaqlardan istifadə edə bilir ki, bu da otlaqların yüklənməsinə səbəb olur. Daha dəqiq desək, ölkənin heyvandarlıq təsərrüfatında 2 milyon 700 min  iri buynuzlu, 8 milyon 400 min  xırda buynuzlu heyvan var. Otlaq sahəsi isə 2 milyon 400 min hektardır.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Asəf Ömərov əmin edir ki, heyvanların sayı artarsa, ət və süd məhsullarının artması da müşahidə olunacaq. Məhsul bol olanda isə qiymətlərdə enmə qaçılmazdır. 

Məlumdur ki, fermerlər heyvan və bitkiLƏRİ təbii fəlakətlərdən və xəstəliklərdən sığortalaya bilmirlər. Sığorta şirkətləri isə yüksək riskləri nəzərə alaraq, təsərrüfatları sığortalamaqdan imtina edir və ya kəndlilər üçün qəbuledilməz şərtlər ortaya qoyur. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi qeyd edir ki, yeni proqramda sığortaya xüsusi diqqət yetirilib. Birinci mərhələdə mal-qaranın sığortalanması planlaşdırılır. Bu, fermerlərə heyvanları saxlamağa, eləcə də onları itkilərdən qorumağa kömək edəcək. Ekspertlər də belə olarsa, ölkədə ətə olan tələbatın daxili hesaba ödənə biləcəyini deyirlər. 

Hələlik isə dövlət proqramları üzərində iş gedir. İşlər tam yekunlaşdıqdan sonra təsdiqlənəcək dövlət proqramının icrasına başlanılacaq. 
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə