Elman Rüstəmov: “Azəbaycanda orta illik inflyasiya 2,8%-dir”

Elman Rüstəmov: “Azəbaycanda orta illik inflyasiya 2,8%-dir”

"Bu ilin yanvar-iyul aylarının yekununda Azəbaycanda orta illik inflyasiya 2,8% təşkil edib. İlin sonuna qədər bu rəqəmin proqnozlaşdırılan həddən (6-8%) aşağı olacağı gözlənilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda deyib.

Bundan başqa, onun sözlərinə görə, 2018-ci ilin sonuna qədər ölkənin strateji valyuta ehtiyatları artacaq, tədiyyə balansındakı profisit qalacaq. 

"Orta müddətli perspektivdə moneytar siyasətin əsas məqsədi makroiqtisadi sabitlik hədəflərinin genişləndirilməsidir. Restrukzasiya və sağlamlaşdırılma üzrə yeni siyasət həyata keçirilməlidir. Dövlət qiymətli kağızlar bazarının həcmi daha da artırılmalıdır. Hazırda bununla bağlı böyük imkanlar var", - AMB sədri qeyd edib. 

E.Rüstəmov Azərbaycanın Qlobal Rəqabətlilik indeksində 34 pillə irəlilədiyini də vurğulayıb.
 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə