Türkiyə, Rusiya və İran dollardan imtina edir

Türkiyə, Rusiya və İran dollardan imtina edir
Artıq 3 ölkənin nümayəndə heyətləri arasında razılıq əldə olunub

Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər.

Bu barədə məlumatı İran Mərkəzi Bankının sədri Abdunnasir Himməti verib. O bildirib ki, yaxın gələcəkdə Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərliyi ilə bir araya gələcək və razılaşdırılmış məsələlərin təcili tətbiq edilməsi üçün çalışacaq:

"Tehran zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinlə neft, qaz və əsas məhsulların mübadiləsi ilə bank məsələsində razılıq əldə edilib. Ticarət əlaqələrində 3 ölkə də dollardan imtina edilməsində həmfikirdir. Ölkələr təyin edilən məzənnə üzərində milli valyutaları ilə ticarət edəcək". Deyə Abdunnasir Himməti bildirib

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə