Fövqəladə hallarda uşaq müdafiəsi - VİDEO

Fövqəladə hallarda uşaq müdafiəsi - VİDEO
Müharibədən əziyyət çəkən ailə və uşaqlara psixoloji dəstək göstərilir

2-ci Qarabağ müharibəsi zamanı cəbhəboyu zonalarda yaşayan və müharibənin dəhşətlərindən qorxu-stres keçirən uşaqlara psixoloji yardım layihəsi həyata keçirilir.

“ASAN Könüllüləri” Təşkilatı və BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Fövqəladə hallarda uşaq müdafiəsi” adlanan layihə üzrə psixoloqlardan ibarət heyət müharibədən əziyyət çəkən ailə və uşaqlarla görüş keçirir:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşən layihə silahlı münaqişə zamanı narahatlıq və qorxu keçirən uşaqlara psixoloji və psixososial dəstəyin göstərilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Layihə 44 gün davam edən Vətən müharibəsinin gedişatında cəbhə zonasında yaşayan, psixi sağlamlıqlarına risk yaranmış uşaqlara psixoloji dəstək işinin gücləndirilməsi məqsədi ilə icra edilir.

Qeyd edək ki, indiyə kimi layihə çərçivəsində Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarının ən çox zərərçəkmiş ərazilərində yaşayan ailələr, o cümlədən şəhid hərbçilərin və həlak olan mülki şəxslərin ailələri olmaqla, 700-dən çox ailəyə psixososial dəstək göstərilib. 400-ə yaxın qadına və 1500-dən çox uşağa ilkin psixoloji yardım işi təşkil olunub. layihə çərçivəsində uşaqların psixoloji müdafiəsi işi 2021-ci ilin aprel ayınadək davam etdiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər