Ey hörmətli müəllim... - EKSKLÜZİV, VİDEO

Ey hörmətli müəllim... - EKSKLÜZİV, VİDEO
Təhsil naziri: “500-692 bal toplamış 2090 abituriyent ixtisas seçimi zamanı müəllimliyi seçib”

Bu il qəbul imtahanlarında 500-692 bal toplamış 2090 abituriyent ixtisas seçimi zamanı birinci müəllimliyi seçib. Bunu REAL-a eksklüziv müsahibəsində Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazirin sözlərinə görə, bu, ötən illə müqayisədə 53,6 faiz artım deməkdir: “5 il əvvəllə müqayisədə isə 2,3 dəfə artım deməkdir. Təhsilin təməlini təşkil edən ibtidai sinif müəllimliyi ixtisasına 500 baldan yuxarı nəticə göstərmiş cəmi 1 nəfər daxil olmuşdusa, bu il belə abituriyentlərin sayı 235 nəfərə çatıb”.

Ceyhun Bayramovun sözlərinə görə, müəllim peşəsinə maraq müəllimlərin işə qəbulu imtahanlarında da özünü büruzə verir. 2018-ci ildə 50 mindən çox namizəd elektron qeydiyyatdan keçərək, müsabiqədə iştirak edib. Bu, son 3 il ərzində üç dəfə artım deməkdir. 

Təhsil naziri Azərbaycan təhsilinin inkişaf perspektivləri haqqında da danışıb, təhsil sistemində gözləniləm yeniliklər barədə məlumat verib. 


 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə