Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avstriya Respublikasının vitse-kansleri Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
REAL xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.