Ucuz ölüm - 1 manat (VİDEO)

Ucuz ölüm - 1 manat (VİDEO)
Taksi faəliyyyəti ilə məşğul olanlar daha çox qayda pozur

Ötən gün axşam saatlarında Bakının Nobel prospektində dörd nəfərin ölümü ilə nəticələnən yol qəzasına uğrayan avtomobil taksi fəaliyyəti ilə məşğul olub. Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobillə Səməd Vurğun bağının yaxınlığından Hövsan qəsəbəsinə sərnişin daşımaqla məşğul olub. Qəza zamanı həlak olanlar isə müştərilər olublar. Bakı şəhər sakinləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov işdən sonra Hövsan qəsəbəsinə gedərkən Anar Əzimovun idarə etdiyi avtomobilə miniblər. 

Bakıda 29 sifarişli taksi xidməti ilə məşğul olan şirkət fəaliyyət göstərir. Onlardan 8-i hüquqi, 21-i isə fiziki şəxslərdir. Bununla yanaşı, minik avtomobili ilə taksi xidməti göstərmək istəyən 10 000-ə yaxın şəxs fərqlənmə nişanı alaraq qeydiyyatdan keçib.

Bakıda ilk özəl taksi şirkəti 1995-ci ildə yaradılıb. İllər keçdikcə taksi şirkətlərinin sayı artmağa başladı. Artıq bazarda bir-biri ilə rəqabət aparan xeyli sayda yerli və xarici taksi xidmətləri fəaliyyət göstərir. Heç bir xidmətə qoşulmayan və fərdi şəkildə sərnişindaşıma ilə məşğul olan sürücülərin sayı isə daha çoxdur. 

Taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında qayda pozuntularına yol verənlərin sayı az deyil. Bunu statistika da göstərir. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov taksi sürücülərinin ən çox yol verdiyi qayda pozuntularını açıqlayıb.

Yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sürət həddinə riayət etməməsi bu sahədəki ən ciddi problemlərdəndir.

Ekspert hesab edir ki, taksilərə nəzarət gücləndirilməlidir.

Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti üçün lisenziya 2015-ci ildə ləğv edilib. İndi taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər ayda bir dəfə fərqlənmə nişanı almalıdırlar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə