Bülbül kimi səs (VİDEO)

Bülbül kimi səs (VİDEO)
Bu gün o səsin sahibinin vəfat etdiyi gündür

Yeganə müğənnidir ki, adını soyadını desən çox adam tanımaz. Amma Bülbül desən bülbül kimi səs-səsə verərik. Bəli, bu gün əsl adı Murtuza Məmmədov olan Bülbülün bu dünyadan qanad çalıb uçduğu gündür. 1961-ci il sentyabrın 26-da o, dünya şöhrətli müğənni kimi, Milan Konservatoriyasının məzunu kimi, nəhayət SSRİ Xalq artisti kimi gözlərini əbədi yumdu.

Üstündən yarım əsrdən də çox vaxt keçib. Bülbül hələ də sevilir, hələ də dinlənilir, hələ də ecazkar səsi ilə ürəkləri fəth edir...

Hərdən fikirləşirəm ki, görəsən Üzeyir Hacıbəyovla eyni zamanı, eyni dövrü bölüşməsəydi, onun müasiri omasaydı, Bülbül yenədəmi nəhəng olardı? Məncə hə. Çünki Üzeyirin “Sənsiz” romansının, “Sevgili canana”nın yarı uğurunu bəstəkarın adına bağlasaq, ona haqsızlıq etmiş olarıq. Axı Bülbül xalq mahnılarını da Üzeyir Hacıbəyov musiqisi səviyyəsinə qaldıran sənətakrdır.

Deyirlər ki, o axırıncı konsertini ölümündən iki ay qabaq -1961-ci ilin iyulunda Şuşada verib. Şuşanın bəxtəvər günlərində. O günlər Bülbül üçün bir daha qayıtmayacaq. Amma Şuşalı günlərimizi qaytaracağıq. Bülbülün ruhuna and olsun ki, qaytaracağıq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə