Bülbül səsi (VİDEO)

Bülbül səsi (VİDEO)
Bülbülün ölümündən 57 il ötdü

Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün xatirə günüdür. Böyük sənətkarın vəfatından 57 il ötür.

Mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Xalq yazıçıları Anar, Elçin, mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri sentyabrın 26-da Fəxri xiyabana gələrək dahi sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyaraq xatirəsini hörmətlə yad ediblər.

Sənətkarın oğlu, tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə anım mərasiminə gələnlərə minnətdarlığını bildirib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə