Azərbaycan sərhədində əməliyyat (Foto)

Azərbaycan sərhədində əməliyyat (Foto)
Keçirilən əməliyyat zamanı qaçaqmal narkotik aşkarlanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən qanunsuz olaraq Xəzər dənizi vasitəsilə ölkə ərazisinə narkotik vasitələrin qaçaq-mal yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.

Qurumun mətbuat xidmətindən Real TV-yə verilən məlumata görə, əməliyyat Astara rayonu ərazisində DSX Sahil Mühafizə əməkdaşları tərəfindən keçirilib. Texniki-müşahidə məntəqəsi tərəfindən naməlum üzmə vasitəsinin sərhəd sularımıza daxil olması və qısa müddət ərzində geri qayıtması müşahidə olunub. Üzmə vasitəsinin sərhəd sularımızda hərəkət və dayanma koordinatları üzrə su səthinə baxış keçirilib. Baxış zamanı 1 buya bərkidilmiş lövbərdə 3 bağlama aşkar edilərək götürülüb.

Bağlamalara baxış zamanı 1325 qram marixuanaya, 560 qram heroinə və 80 qram kristal şəklində heroinə oxşar maddə aşkar olunub. Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər