Növbəti ixrac missiyası Qazaxıstana gedir

Növbəti ixrac missiyası Qazaxıstana gedir

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sentyabrın 30-dan oktyabrın 5-dək Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə ixrac missiyası təşkil olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Qazaxıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Qazaxıstanın Almatı və Şimkent şəhərlərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda qida, inşaat və tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkət daxildir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə