Bakıda dəhşət – kişi anasını döyüb öldürdü

Bakıda dəhşət – kişi anasını döyüb öldürdü
Ələt qəsəbəsində dəhşətli qətl hadisəsi qeydə alınıb.

Bakının Qaradağ rayonu, Ələt qəsəbəsində dəhşətli qətl hadisəsi qeydə alınıb.

 Real TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Verilən məlumata görə, Əzməmmədov küçəsi, ev 12-də yaşayan 1944-cü il təvəllüdlü Zərnişan Allahverən qızı İslamova oğlu tərəfindən müxtəlif bədən xəsarətlərinə məruz qalıb. Yaşlı qadın təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Ancaq 74 yaşlı qadın xəsarətləri ağır olduğundan xəstəxanada dünyasını dəyişib. 

Qaradağ rayon Polis İdarəsi 11-ci polis bölməsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü İslamov Cəmil Ağasəlim oğlu saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı 34 yaşlı oğul anasını yumruqla vurduğunu etiraf edib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər