Qripdən 50 nəfər öldü

Qripdən 50 nəfər öldü
Çexiyada dəhşətli virus yayılıb.

Çexiyada 3 həftə ərzində qrip epidemiyası nəticəsində 50 nəfər dünyasını dəyişib.

Real TV xəbər verir ki, bu barədə Çexiyanın Dövlət Tibb Universiteti tərəfindən yerli mətbuata məlumat verilib. Verilən məlumata görə, xəstəlikdən daha çox yaşlı nəslin nümayəndələrinin əziyyət çəkdiyi bildirilir. Ölənlərdən 43 nəfərin yaşı 60-dan çox olub.

Son 3 həftə ərzində 199 nəfər qripə yoluxan ölkə xəstəxanalarına ağır vəziyyətdə yerləşdirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər