Bakıda Novruz çadırları qurulur

Bakıda Novruz çadırları qurulur
Bayramla bağlı yarmarkalar açılır.

Bakıda Novruz bayramı ilə bağlı bayram yarmarkaları üçün nəzərdə tutulan çadırların quraşdırılmasına başlanılıb.

Bakı şəhər İcra Hakimiyyətinin yaydığı məlumata görə, dünəndən başlayaraq  bayram yarmarkaları üçün çadırlar quraşdırılır. Bu gündən onların fəaliyyətinə icazə veriləcək. Çadırlar "Gənclik", "Nərimanov", "28 may", "İnşaatçılar", “Azadlıq prospekti”, “Elmlər Akademiyası”, "Koroğlu" və digər metro stansiyalarının yaxınlığında quraşdırılır.

Yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir.

Qeyd edək ki, yarmarkalar martın 25-dək davam edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər