Voleybolçularımız dünya çempionatında ilk qələbəsini qazandı (FOTO)

Voleybolçularımız dünya çempionatında ilk qələbəsini qazandı (FOTO)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən dünya çempionatında Koreya Respublikasının yığması ilə qarşılaşıb.

Baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad, Tobaqo və Koreya Respublikası yığmaları ilə birgə “C” qrupunda mübarizə aparıb. Millimiz ilk görüşünü dünən ABŞ yığmasına qarşı keçirib və gərgin keçən oyunda 3:0 hesabı ilə məğlub olub.

Koreya Respublikasının yığmasına qarşı oyunda komandamızın heyətində Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alena Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva yer alıblar.

Oyunu kanadalı hakim Skott Dzievirz və ispaniyalı hakim Susana Mariya Rodriqez Cativa idarə ediblər.

Oyunun birinci hissəsində tam üstünlüyə malik olan idmançılarımız 25:18 hesabı ilə qalib gəliblər.

Oyunun ikinci seti də idmançılarımızın tam üstünlüyü şəraitində davam edib və voleybolçu qızlarımız Koreya Respublikasının millisini 25:18 hesabı ilə məğlub ediblər – 2:0.

Oyunun üçüncü setində psixoloji üstünlüyü ələ alan Koreya Respublikasının idmançıları 25:23 hesabı ilə qalib gəliblər – 2:1.

Oyunun dördüncü setində özünü ələ almağı bacaran millimiz Koreya Respublikasının idmançılarını növbəti dəfə 25:18 hesabı ilə məğlub ediblər – 3:1.

Azərbaycan millisi növbəti görüşü oktyabrın 2-də Rusiya yığmasına qarşı keçirəcək.

Sentyabrın 30-da Trinidad və Tabaqo yığması ilə qarşılaşan ABŞ millisi növbəti qələbəsini qazanıb – 3:0 (25:11, 25:11, 25:11).

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə