Bakıda 570-ə yaxın müqaviləsiz işləyən şəxs müəyyənləşib

Bakıda 570-ə yaxın  müqaviləsiz işləyən şəxs müəyyənləşib
Tikilməkdə olan yaşayış binalarında monitorinq edilmiş işçilərin sayı açıqlandı.

Real TV xəbər verir ki, bu barədə "ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən məlumat yayılıb.

Xidmətin Monitorinq Mərkəzi şöbəsinin müdiri Fariz Cəfərov bildirib ki, monitorinq olunmuş işçilərin sayı 1600 nəfərdir.
“Əgər 2017-ci ildə bir tikinti şirkətində orta hesabla 30 işçi əmək müqaviləsi ilə işləyirdisə, hazırda bu rəqəm 48-ə yaxınlaşır. Sentyabrın 19-dan bu günə qədər tikinti şirkətlərində 43 monitorinq keçirilib. Məqsədimiz öncədən şirkətlərdə nə qədər işçinin olduğunu müəyyənləşdirmək, yalnız şübhə yarandığı zaman şirkətlərə gedib orada səyyar monitorinq keçirməkdən ibarətdir. Bu günə qədər 1600 işçi monitorinq olunub, 570-ə yaxın işçinin müqaviləsiz işlədiyi aşkar olunub. Bu rəqəm artıq get-gedə azalmaqdadır”, - deyə Fariz Cəfərov vurğulayıb.

 Monitorinqlərdən sonra 20561 əmək müqaviləsi bağlanıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində 1 nəfərdən 9 nəfərə qədər müqaviləsiz işçi işlətməyə görə hüquqi şəxslərin 20 mindən 25 min manata, fiziki şəxlərin 3 min manata, vəzifəli şəxslərin 5 min manata qədər cərimə nəzərdə tutulur.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər