Avropanın yeni qaz “TAP”ıntısı - VİDEO, YENİLƏNİB

Avropanın yeni qaz “TAP”ıntısı - VİDEO, YENİLƏNİB
TAP-ın İtaliya ofisi: Layihənin 79 faizi icra olunub

TAP layihəsinin icrasının uğurla davam etdirilməsi Azərbaycan-İtaliya tərəfdaşlığının qələbəsi kimi görünür. Çünki hər iki ölkə ərazisində diplomatik münasibətlər çox yüksək səviyyədə davam etdirilir.

Bu ilin iyulunda İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana etdiyi ilk səfər ölkələrimiz arasında münasibətlərin yüksək olmasından xəbər verir.

Sentyabrın 14-də birinci vitse-prezident mehriban Əliyevanın da İtaliyaya rəsmi səfəri və bu ölkədə keçirdiyi görüşlər ölkələrimiz arasında mədəni əlaqələrin də dərin köklərə malik olduğunun göstəricisidir.

Zeytun ağaclarının çıxarılmasını əsas gətirərək TAP-ın tikintisinə təpki göstərən qüvvələr də layihə qarşısında aciz görünürlər.

Çünki hətta okeanın o tayında Avropa ilə soyuq münasibətlərə hakim olan ABŞ belə başa düşür ki, bu layihə Avropa üçün enerji təhlükəsizliyinin qarantıdır. ABŞ Prezidenti Donald Tramp İtaliya Baş naziri Cüzeppe Konte ilə Vaşinqtonda keçirdiyi görüşdə Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP layihəsinə dəstəyini açıq ifadə etməsi də buna əyani sübutdur.

ADA-nın Xəzər enerji və ətraf mühit mərkəzinin rəhbəri Elnur Soltanovun fikrincə, TAP layihəsinin 6 səhmdarı da layihənin vaxtında başa çatdırılmasında maraqlıdır. Çünki TAP Avropa üçün yeni bir qapıdır.

 


***18:03 - Enerji təhlükəsizliyində TAP-ın payı

“Trans Adriatik Boru Kəməri layihəsinin icrası cədvəl üzrə davam edir. Layihənin 79 faizi, o cümlədən, mühəndislik, təchizat və konstruksiya işləri artıq tamamlanıb”.

Bu barədə TAP-ın İtaliyadakı ofisindən Real TV-nin sorğusuna verilən açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsini təşkil edən boru xətti Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur. 

2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir. 40 milyard dollar dəyərində qiymətləndirilən Cənub Qaz Dəhlizinin TAP seqmentinin dəyəri 5.3 milyard dollar civarındadır.

Bu layihə çərçivəsində hasil ediləcək təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılması nəzərdə tutulub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə