Putin Trampa güzgüyə baxmağı məsləhət gördü

Putin Trampa güzgüyə baxmağı məsləhət gördü

Rusiya prezidenti Vladimir Putin energetika həftəsində neftin qiyməti ilə bağlı açıqlama verib.

V.Putin dünya bazarlarında neftin qiymətinin qalxmasında ABŞ prezidenti Donald Trampı ittiham edərək bildirib ki, neftin bir barelinin 65-75 dollar olması Rusiyanı qane edir

"Hazırda dünyada neftin qiymətlərinin artmasında günahkar axtaran ABŞ Prezidenti Donald Trampa güzgüyə baxmağı məsləhət görərdim".

O qeyd edib ki, neftin bir barelinin 65-75 dollar olması Rusiyanı qane edir: "Bu, enerji şirkətlərinin səmərəli işini və investisiya prosesini təmin etmək üçün tam normaldır".

V.Putin amerikalı liderlə Helsinkidə çox yaxşı görüş keçirdiyini xatırladıb: "Lakin əgər biz bu mövzuya toxunsaydıq, mən ona deyərdim ki, əgər neftin qiymətinin qalxmasında günahkar axtarırsansa, güzgüyə baxmağın lazımdır".

Xatırladaq ki, son günlərdə dünyada neftin qiymətlərində artım müşahidə olunur. Azərbaycanın "AZERI LT" neftinin bir bareli 87 dolları ötüb, "Brent Dated" etalon növlü neftin qiyməti isə təqribən 86 dollar/barel təşkil edir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə