“Qara qızıl”ın “ağ” bəxti (VİDEO)

“Qara qızıl”ın “ağ” bəxti (VİDEO)
Dünya birjalarında neft bahalaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti bahalaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar artaraq 84,93 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 75,31 dollar olub.

Artım tendensiyası ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacağı, neft və qaz satışına sanksiyaların tətbiq edəcəyi ilə birbaşa bağlıdır.

Bu səbəbdən də İranın neft naziri Bijən Namidar Zəncənə Neftin qiymətinin artmaması üçün ən yaxşı variant İrana sanksiya tətbiq etməməkdir deyə açıqlama verərək ABŞ-ı bu fikrindən daşınmağa çağırıb:

“Neftin qiymətinin artmaması və enerji bazarının gərginlikdən kənarda qalması üçün ən yaxşı variant İrana qarşı sanksiya tətbiq etməməkdir. “Qara qızıl”ın qiymətinin bahalaşması nəticəsində ən böyük zərər alıcı və istehsalçı kimi Avropa və Çinə dəyir. Bu mövzuda İran Neft İxrac Edən Ölkələri Təşkilatı qarşısında məsuliyyət daşımır”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün verdiyi bəyanatda neftin qiymətinin artmasında amerikalı həmkarı Donald Trampı ittiham edib. Putin bildirib ki, ABŞ Prezidenti Donald Tramp neftin qiymətinə görə məsuliyyət daşıyır.

“ABŞ Prezidenti ilə danışsaydım, deyərdim ki, neftin qiymətinin qalxması ilə bağlı günahkar axtarmaq istəyirsənsə, güzgüyə bax. Qiymət artımına geosiyasi amillər də təsir edir. Kimlərsə siyasi alətlərin köməyi ilə rəqabətdə udmaq istəyir. Qiymətlə bağlı addımlar SSRİ dövründə olduğu kimi, yenə də yaxşıya doğru aparmayacaq", - deyə V.Putin qeyd edib. 

Ekspertlərə görə, neftin bahalaşması ilin sonunadək davam edə bilər. 

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftinin qiyməti də artaraq 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,35% bahalaşaraq 87,10 dollar/barelə bərabər olub. 

Qeyd edək ki, “Azeri Light”ın bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollar olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə