Bakı qazsız qalacaq

Bakı qazsız qalacaq
Paytaxtın 2 rayonunda təbii qaz təchizatında məhdudiyyət olacaq.

Bakının Nizami və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən Real TV-yə verilən məlumata görə, istismara yararsız vəziyyətdə olan qaz kəmərlərinin yenidən qurulması məqsədilə təmir işləri aparılır. Nizami rayonu, Mikayıl Əliyev küçəsində “Azəriqaz”ın Təmir Tikinti idarəsi tərəfindən diametri 377 millimetrlik yeraltı qaz xəttinin istismardan çıxarılır və yeni çəkilmiş 1500 metr diametri 530 millimetrlik qaz kəməri şəbəkəyə qoşulur.

Eyni zamanda, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən yaşayış binasına təbii qazın verilməsi bərpa olunur. Eləcə də İnqilab İsmayılov küçəsində yeni çəkilmiş diametri 57, 76 və 89 millimetrlik xətləri qaz təchizatı mənbəyinə birləşdirilir. Bununla əlaqədar fevralın 28-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami və Xətai rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər