Qaydaları pozan 11 nəfər əcnəbi saxlanıldı

Qaydaları pozan 11 nəfər əcnəbi saxlanıldı
Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən daha bir əməliyyat keçirilib.

Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən daha bir əməliyyat keçirilib.

Qurumun mətbuat xidmətindən Real TV-yə verilən məlumata görə, keçirilən əməliyyat zamanı ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb. Saxlanılanlardan 5 nəfər Hindistan, 3 nəfər Pakistan, 2 nəfər Banqladeş və 1 nəfər Əfqanıstan vətəndaşı olub.

Əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycana guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri bildirilib. Lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.

Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.

Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib. Onlar barəsində müvafiq inzibati tədbirlər görülüb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər