Tükənən və qazandıran sərvət (VİDEO)

Tükənən və qazandıran sərvət (VİDEO)
Azərbaycan neftinin qiyməti 86,96 dollara çatıb

Dünya birjalarında neftin qiymətinin sürətlə artması Azərbaycan neftinin də qiymətinə təsirsiz ötüşməyib. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti hazırda 86,96 dollardır.

Qeyd edim ki, artım tendensiyası təbii amillərdən daha çox ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacağı, neft və qaz satışına sanksiyaların tətbiq edəcəyi ilə birbaşa bağlıdır.

Siyasi böhranın iqtisadiyyata bu şəkildə təsirindən isə təbii ki, razı və narazı tərəflər var. Azərbaycan neft ixrac edən ölkələr sırasında olduğundan bahalaşma dövlət büdcəsinə şübhəsiz ki, müsbət təsir göstərir. Çünki hələ ötən ilin sonlarından beynəlxalq maliyyə qurumları tərəfindən xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırıldığını nəzərə alan Azərbaycan hökuməti 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiymətini ilkin variantda 45 ABŞ dolları səviyyəsində qəbul edilib.

Sonradan neft qiymətlərinin sabitləşməsi və bahalaşması səbəbindən büdcəyə yenidən baxılıb və ixrac qiyməti 55 dollardan götürülüb. Keçmiş maliyyə naziri Fikrət Yusif qeyd edir ki, indiki halda neft qiymətinin artması ölkənin valyuta ehtiyatlarının artmasına eyni zamanda manatın möhkəmlənməsinə zəmin yaradır. 

Carı il üçün Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 45 dollardan hesablansa belə son 6 ayda neftimizin qiyməti ayrı-ayrı günlərdə daha yuxarı və bəzi günlərdə daha aşağı omaqla ortalama hesabla 74 dollardan aşağı olmayıb.

Şübhəsiz ki, dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha çox inteqrasiya olunan hissəsinə nəzərəçarpan dərəcədə təsir göstərir. Neftin qiymətinin qalxıb-enməsi Dövlət Neft Şirkətinin, Dövlət Neft Fondunun, dövlət büdcəsinin gəlirlərinə təsir edir.

Dünya bazarında neftin qiymətinin 1 dollar qalxıb-enməsi ilə büdcəyə əlavə olaraq 43-44 milyon manat vəsait cəlb oluna və ya bir o qədər vəsaitin itirilməsinə gətirib çıxara bilər. Dövlət Neft Fondunun REAL TV-nin sorğusuna cavab olaraq göndərdiyi açıqlamada qeyd olunur ki, xam neftin qiymətinin baza ilə müqayisədə daha yüksək olması Fondun gəlirlərinin, büdcə profisitinin və müvafiq olaraq ARDNF-nin aktivlərinin daha çox artmasına şərait yaradır.
Belə ki, Fondun 2018-ci il büdcəsində profisitin məbləği 3,8 milyard manat və yaxud 2,25 milyard ABŞ dolları proqnozlaşdırıldığı halda, 2018-ci ilin 9 ayının yekununa profisit 3 milyard ABŞ dollarından çox təşkil etmişdir.

Qeyd edək ki, ABŞ İrana qarşı tətbiq edəcəyi sanksiya hədəsi ilə bağlı neftin qiymətində artım artıq dünya liderlərinin də narahatlığına səbəb olub.Rusiya prezidenti Vldimir Putin və İran hökuməti ABŞ-ı bu fikrindən daşındırmağa çağırıblar.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə