Azərbaycanda əhəmiyyətli yollardan biri əsaslı təmir edilir (Video)

Azərbaycanda əhəmiyyətli yollardan biri əsaslı təmir edilir (Video)
Əhəmiyyətli yollardan biri əsaslı təmir edilir

Ağstafada əhəmiyyətli yollardan biri əsaslı təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Real TV-yə verilən məlumata görə, Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli kəndlərini birləşdirən avtomobil yolunun yenidənqurma işlərinə start verilib. Yolun uzunluğu 10 km-dir.

Avtomobil yolunun Qarahəsənli kəndinin ərazisindən keçən hissəsində yolun uzunluğu 2 km-dir. Kolayır kəndinə giriş yolunun uzunluğu 1.8 km, enləri isə 5-6 metr arasında dəyişir. Düzqışlaq-Molla Cəfərli-Xılxına avtomobil yolunun uzunluğu 6,2 km-dir. Yolun 3,7 km-i IV texniki dərəcəyə, 2,5 km hissəsi isə V texniki dərəcəyə uyğun əsaslı təmir olunmalı idi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər