Xaçınçay su anbarı bərpa edilir - VİDEO

Xaçınçay su anbarı bərpa edilir - VİDEO
Tənzimləmə işlərindən sonra anbarın su ehtiyatı 12 milyon kubmetrə çatıb

27 illik işğaldan sonra Azərbaycan Ordusunun azad etdiyi Ağdam rayonunda yerləşir. Xaçınçay su anbarı eyniadlı çayın üzərində salınıb və 1964-cü ildə istismara verilib. Suvarma məqsədilə yaradılmışdır.

Xaçınçay su anbarı böyük əhəmiyyətə malikdir. Çünki Ağdamın xeyli yaşayış məntəqələrini suvarma ilə əhatə edir. 1993-cü ildə Ağdam Ermənistan ordusu tərəfindən işğal olunarkən su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmaqla yanaşı, çirkənməyə də məruz qalmışdır. Lakin bu ərazilər düşməndən azad olunduqdan sonra anbarının bərpasına start verildi.

Təhlikəsizliyin təmin edilməsi baxımdan Xaçınçay su anbarının ərazisi minalardan təmizlənir.

Qeyd edək ki, Qarabağ dağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların yağış, qar və yeraltı suların birləşməsindən əmələ gələn Xaçlnçay Qafqaz Albaniyasının Xaçın əyalətinin adından yaranmışdır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər