Məğlub ölkənin qalib məşqçisi - VİDEO

Məğlub ölkənin qalib məşqçisi - VİDEO
Bu gün Almaniyalı baş məşqçi Yupp Haynkesin 76 yaşi tamam olur

9 may 1945-ci il Almaniyanın tarixinə İkinci Dünya müharibəsində məğlubiyyət günü kimi yazılıb. Amma almaniyalıların müharibədə uduzduqları gün gələcəkdə futbol aləmində böyük uğurlar qazanacaq məşqçiləri dünyaya gəlib. Söhbət Yupp Haynkesdən gedir. Həm futbolçu, həm də məşqçisi kimi küllü miqdarda titul qazanan Yupp, adını futbol tarixinə qızıl hərflərlə yazdıran şəxslərdəndir. Futbolçu kimi Mönhenqladbax Borussiyası ilə 4 dəfə Almaniya Bundesliqası, 1 dəfə ölkə kuboku, 1 dəfə isə UEFA kubokunu qazanan Haynkes, Almaniya millisinin heyətində Dünya və Avropa çempionu olub. O, məqşçi kimi də bir çox nailiyyətlərə imza atıb. Bayern Münhenlə 4 dəfə Almaniyanın ən güclüsü olan Yupp, ölkə kuboku və UEFA Çempionlar Liqasını da qazanıb. Almaniyalı mütəxəssis Real Madridlə də ən nüfuzlu klub turnirinin qalibi olub. 2011-ci ildə 3-cü dəfə məşqçi kimi Bayernə qayıdan Yupp Haynkes 2013-cü ildə bütün turnirləri qazanaraq karyerasını başa vurduğunu açıqlamışdı. 1945-ci ildə məğlub xalqın dünyaya gətirdi qalib məşqçi, 4 il sonra yenidən Bayern Münhenə qayıtsa da, cəmi 7 aylıq müqaviləyə qol çəkib. Mövsümün sonunda klub rəhbərliyinin israrına rəğmən işini başa vuran Yupp, bir daha geri qayıtmayıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər