DTX əməkdaşları dini ekstremist cinayətkar dəstənin üzvlərinə qarşı əməliyyat keçirib

DTX əməkdaşları dini ekstremist cinayətkar dəstənin üzvlərinə qarşı əməliyyat keçirib
Keçirilən əməliyyat zamanı cinayətkarlar məhv edilib

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları terror törətməyə hazırlaşan dini ekstremist cinayətkar dəstənin üzvlərinə qarşı əməliyyat keçirib.

Bu barədə qurumdan məlumat yayılıb. Verilən məlumata görə, Sabir Ərulla oğlu Məmmədov və digərlərindən ibarət “Xaçmaz camaatı” adı altında yaradılmış dini ekstremist cinayətkar birlik tərəfindən paralel terror-təxribat əməllərinə hazırlıq hərəkətləri müəyyən edilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1, 214.2.3 (terrorçuluğa hazırlıq), 218.2 (cinayət birlikdə iştirak etmə) maddələri ilə başlanılan cinayət işi üzrə təxirəsalınmaz kompleks əməliyyat tədbirləri keçirilib.

Keçirilən əməliyyat nəticəsində Sabir Ərulla oğlu Məmmədov və Tərlan Səfər oğlu Səlimov öldürülüb. Onlar DTX əməkdaşlarına təslim olmaq istəməyiblər və silahı müqavimət göstəriblər. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə S.Məmmədov və T.Səlimov məhv edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər