Ölkəyə qanunsuz yolla gətirilən çox sayda mobil telefon tapıldı

Ölkəyə qanunsuz yolla gətirilən çox sayda mobil telefon tapıldı
Gürcüstandan gələn Azərbaycan vətəndaşı saxlanılıb

Külli miqdarda mobil telefonun qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb.

Qurumdan Real TV-yə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda əməliyyat keçirilib. Əməliyyat zamanı Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa sol "qanadının" içərisində 49 ədəd müxtəlif markalı telefonlar tapılıb. Avtomobildə qabaq sol "qanadında" isə həmin telefonlara aid 49 ədəd qutu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər