Britaniya Şurasının təşəbbüsü ilə Ukraynada keçirilən “Unlimited: Sərhədsiz incəsənət” Forumunda Azərbaycandan da nümayəndələr iştirak edib.
Real TV Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, forumda Britaniya, Ukrayna, Azərbaycan və Gürcüstandan ümumilikdə 200 nümayəndə iştirak edib.
“Britis Council” Azərbaycanın nümayəndə heyəti ilə birgə Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyevə Kiyevdə keçirilən “Unlimited: Sərhədsiz incəsənət” forumunda iştirak edib.
Panel diskussiyaları zamanı Leyli Mirzəyeva çıxış edib, O, forum iştirakçılarına Azərbaycanda ilk dəfə Nizami Mərkəzinidə “Kino hər kəs üçün” layihəsi barədə məlumat verib. L.Mirzəyeva layihə çərçivəsində danişma və eşitmə qabiliyyəti məhdud olan insanlar üçün xüsusi surdotərcümə olunmuş film nümayişlərinin təşkili haqqında təcrübə ilə bölüşüb.
Xatırladaq ki, inklyuziv layihələr sırasında bu yaxınlarda Nizami Kino Mərkəzində görmə qabiliyyəti məhdud olan insanlar üçün də kino nümayişləri təskil olunacaq.