“Hal-hazırda stabil gərginlik qalmaqdadır” - SÜRÜŞMƏ ZONASINDAN SON MƏLUMAT (VİDEO)

“Hal-hazırda stabil gərginlik qalmaqdadır” - SÜRÜŞMƏ ZONASINDAN SON MƏLUMAT (VİDEO)

Sürüşmə zonasında mütəxəssislər növbəli şəkildə öz müşahidələrini davam etdirirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planalma Ekspedisiyasının rəisi Əziz Qaralov REAL-a hadisə yerindən ən son məlumatları çatdırıb: "Artıq sürüşmə ərazisində kütlənin təsir dairəsi  təhlükədə olan 11 fərdi evə yaxınlaşır. Həmin evlərin hasarlarında bu proses gedir. Çatlar əmələ gələn həyətlərdə mayaklar qoymuşuq. Bu günki müşahidələrimiz göstərir ki, mayaklarda dəyişiklik yoxdur. Sürüşmə baş verməmişdən bir gün qabaq biz ərazinin sürüşmə kütləsinin təsir dairəsini konturlaşdırıb nazirlər kabinetinə təhvil verdik. Yəni həmin təsir dairəsində 11 yaşayış evi, restoran və çayxana var. Onların sökülüb-sökülməyəcəyi barədə qərarı müvafiq orqanlar verir. Biz ərazidə müşahidələrimizi davam etdiririk. Hal-hazırda stabil gərginlik qalmaqdadır. Gecə saatlarında uçqun tipli sürüşmə prosesi baş verdi. Orada torpaq qatları yarım asılı vəziyyətdə qalmaqdadır. Yapon mütəxəssisin dedikləri rəy bizimkindən fərqlənmir. Yəni yuxarıda yerləşən ağırlıq yaradan evlər sökülməlidir".

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə