Azərbaycan-Çin tərəfdaşlığı - VİDEO

Azərbaycan-Çin tərəfdaşlığı - VİDEO
Ölkəmiz Çin ilə Aİ arasında ticari-nəqliyyat qovşağıdır

Hələ tarixi İpək dövründən müxtəlif ölkələri birləşdirən ticarət yollarınn üzərində yerləşən Azərbaycan hazırda özünün iqtisadi, nəqliiyyat-logistika potensialı ilə 500 milyard ollar həcmində ticarət dövriyyəsi olan Çin ilə Avropa arasında iqtisadi qovşaq rolunu oynayır. Bu amil 2 qlobal iqtisadi güc arasında əlaqələrin inkişafı üçün Azərbaycanın əhəmiyyətini yüksəltməklə yanaşı, Azərbaycanın Çin ilə ikitərəfli iqtisadi əlaqələrinin inkişafına da müsbət təsir edir. Təsadüfü deyil ki, Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2015-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri və səfər zamanı liderlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari əməkdaşlığın genişlənləşdirilməsi ilə bağlı əldə etdiyi razılaşmalar hər iki dövlətin maraqlarına tam uyğundur. Bundan başqa, dünyanın ən böyük ixracatçısı və ikinci idxalçı ölkəsi olan Çinin özünün xarici ticari-iqtisadi əlaqələrini daha da dərinləşdirməkdən ötrü irəli sürdüyü "Bir kəmər, bir yol" strategiyası Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları yaradıb. Prezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə ölkəmizin Çinin yeni təşəbbüsünün əməkdaşlıq, birgə inkişaf üçün yaratdığı imkanları düzgün qiymətləndirən, BİR kəmər bir yolu dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, özünün coğrafi mövqeyi, iqtisadi, nəqliyyat-logistika imkanları ilə də bu strategiyanın həyata keçməsinə böyük töhfələr verdiyini deyib.

İyunun 2-də Azərbaycan və Çin prezidentlərinin telefon danışığı zamanı dövlət başçıları ölkələrimizin müxtəlif istiqamətlər üzrə, o cümlədən iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq etdiklərini vurğulayıb, hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub. Si Cinpin Azərbaycanı “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş adlandırıb.

Ümumiyyətlə, Azərbaycan Çinlə nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm, İKT, nəqliyyat-logistika və sair sahələrdə uğurlu əməkdaşlıq edir. Bu əməkdaşlıqda ölkəmiz üçün prioritet isə qeyri-neft sektoru üzrə məhsulların Çinə ixracıdır. Bu məqam ümumi ticarət dövriyyəsində özünü göstərir. Belə ki, ötən il dünyanı cənginə alan COVİD-19 börhranın iqtisadi fəaliyyətlərə mənfi təsiri fonunda Azərbaycandan Çinə qeyri-neft ixracının çoxalması iki ölkənin iqtisadi potensialından və səmərəli əməkdaşlığından xəbər verir.

Azərbaycanın qeyri-neft məshullarının Çinə ixraxı istiqamətində görülən işlərdən danışarkən Çində ticarət və şərab evlərinin fəaliyyətini qeyd etmək lazımdır. Artıq Çində 3 “Azərbaycan ticarət evi”, 3 “Azərbaycan Şərab Evi”, habelə 4 “Azərbaycan Ticarət bölməsi” fəaliyyət göstərir və yeni evlərin açılması istiqamətində iş aparılır. Bundan başqa, Çinə ixrac missiyalarınən təşkilini, məhsullarımızın Çinin bir neçə marketlər şəbəkəsində satışının təşkili, bu ölkədə iri ticarət sərgilərində Azərbaycan məhsullarının "Made in Azerbaijan" vahid ölkə stendində nümayiş olunması da vacib məqamlardandır.

Görülən işlər Azərbaycanın ixracyönümlü məhsullarının Çində daha çox tanıdılmasına və satışına, son nəticədə ikitərəfli iqtisadi-ticari əlaqələrin genişlənməsinə imkan yaradır. Amma hər iki ölkənin potensialını və iqtisadi inkişafını nəzərə alsaq deyə bilərik ki, əməkdşalıq üçün potensial kifayət qədər böyükdür.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər