İstirahət günlərinə olan hava proqnozu açıqlanıb

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında bu günün ikinci yarısından başlayaraq, hava qeyri-sabit keçəcək

Bakıda və Abşeron yarımadasında bu günün ikinci yarısından başlayaraq, hava qeyri-sabit keçəcək.

Real TV Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabahdan güclü şimal-qərb küləyinin əsəcək, arabir yağış yağacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti martın 10-u səhərədək davam edəcək. Martın 10-da gündüz artıq şimal-qərb küləyi mülayim şərq küləyi ilə əvəzlənəcək. Martın 10-u gündüz və 11-də ölkədə hava mülayimləşəcək. Martın 11-də havanın temperaturu bu günlə müqayisədə 2-3 dərəcə yüksələcək.

Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcək. Arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə