Dünya çempionumuz mübarizəyə qoşulur

Dünya çempionumuz mübarizəyə qoşulur

Macarıstanda keçirilən dünya çempionatı qadın güləşçilərin mübarizəsi ilə davam edir.

REAL-ın məlumatına görə, 50 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini dünya və avropa çempionu Mariya Stadnik qoruyacaq. O ikinci mərhələdən etibarən xalça üzərinə çıxacaq. 

Ağırlığı 53 kiloqrama qədər olan Anjela Doroqan debütdə tayvan təmsilçisi Xsin Çui ilə üz-üzə gələcək. Alyona Kolesnik 57 kiloqramda medallara iddialıdır. Alyona ilk görüşünü birləşmiş ştatlar güləşçisi Elen Marulisə qarşı keçirəcək. Digər həmyerlimiz Elmira Qəmbərova 62 kiloqramda bolqarıstanlı Taybe Useynlə qurşaq tutacaq. Daha 2 zərifimiz isə bürünc medallar üçün güləşəcək. 65 və 76 kiloqramlarda müvafiq olaraq irina Netryoba və Səbirə Əliyeva təsəlliverici görüşlərdə qüvvəsüini sınayacaq. Qeyd edək ki, indiyə kimi dünya çempionatında təkcə Cəbrayıl Həsənov fəxri kürsüyə qalxa bilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə