Beynəlxalq çağırışlara Bakıdan cavab - VİDEO

Beynəlxalq çağırışlara Bakıdan cavab - VİDEO
VI Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın üzləşdiyi qlobal problemlər müzakirə olunur

Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumu başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb. 

“Real İntervyu” verilişində forum müzakirə edilib. Verilişin qonağı forumun iştirakçısı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov olub. 

Qeyd edək ki, 2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir. 
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə