Atletlərimiz 3 medalla qayıdır

Atletlərimiz 3 medalla qayıdır

Atletlərimiz Polşanın Zamots şəhərində keçirilən Avropa birinciliyində çıxışını başa vurub.

REAL-ın məlumatına görə, yığma üzvlərindən son olaraq Elnarə Abbasova körpücük üzərinə çıxıb. Birdən qaldırma hərəkətində 77 kq ağırlığın öhdəsindən gələn həmyerlimiz bu növdə 10-cu olub. Atletimiz təkanla qaldırma yarışında 105 kq-ı ram etməklə 5-ci yerdə qərarlaşıb. İki hərəkətin cəmində 182 kq nəticə göstərmiş Elnarə Abbasova Avropa birinciliyini 7-ci pillədə başa vurub.

Qeyd edək ki, qitə miqyaslı yarışda mübarizə aparmış təmsilçilərimizdən 3-ü mükafatçılar siyahısına düşüb. Məhəmməd Məmmədli 62 kiloqramda Avropa birinciliyinin qalibi adını qazanıb. Paşa İbrahimli və Səbinə Əzimova isə yarışın kiçik gümüş medalına sahib olublar.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə