İordaniyada sel fəlakəti: 20 nəfər ölüb

İordaniyada sel fəlakəti: 20 nəfər ölüb

İordaniyanın Ölü dəniz rayonunda baş verən daşqınlar nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, 40-dan çox insan isə xəsarət alıb.

Ölənlərin əksəriyyəti selin apardığı məktəb avtobusunda olan 14 yaşadək uşaqlardır. Ekskursiya zamanı içərisində 37 şagird və onları müşayiət edən 7 müəllimin olduğu avtobusu güclü sel körpüdən aşırıb.

Təbii fəlakətin əsas zərbəsinin dəydiyi Əl-Əhvar regionunda iki mindən çox insanın iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata aviasiyanın da cəlb olunduğu bildirilir. Ölü dənizdə baş verən faciə ilə bağlı ölkədə bayraqlar endirilib.

Rəsmi məlumata əsasən, təsdiq edilən marşruta baxmayaraq, ekskursiya təşkilatçıları yolu dəyişib və bununla da avtobus təbii fəlakətin mərkəzinə düşüb.

Xatırladaq ki, İordan çayının Ölü dəniz rayonu dünyanın ən alçaq hissəsidir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə