Güləşçimiz Eldəniz Əzizli dünya çempionu oldu

Güləşçimiz Eldəniz Əzizli dünya çempionu oldu

Azərbaycan güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatının qalibi olub. O, final görüşündə Qırğızıstan təmsilçisini məğlub edərək dünya çempionu adını qazanıb. Bu, E.Əzizlinin ilk dünya çempionluğudur.

Yarışın altıncı günündə dörd çəki dərəcəsində yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macarıstanlı rəqibini bir dəqiqəyə məğlub edib. Həmyerlimiz çinli rəqibini də ilk hissədə mübarizədən kənarlaşdırıb. Uğurlu çıxışını davam etdirən E.Əzizli yaponiyalı güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. Yarımfinalda Gürcüstan pəhləvanını yolundan kənarlaşdırıb.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan dünya çempionu Rəsul Çunayev yaponiyalı rəqibinə qalib gəlib. O, dörddəbir finalda prinsipial rəqibi olan iranlı güləşçini üstələyib. Lakin yarımfinalda ikiqat dünya çempionu, almaniyalı güləşçi ilə bacarmayan Rəsul bürünc medal görüşünə çıxacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə