ABŞ-da tanınmışlara bomba göndərən tapıldı

ABŞ-da tanınmışlara bomba göndərən tapıldı
Seyok DNT nümunələrinin təhlilindən sonra ələ keçirilib

ABŞ-da bir çox tanınmış insanlara içərisində partlayıcı maddə olan paketlər göndərən şəxs bu gün həbs edilib.

Tutulan şəxs 56 yaşlı Sezar Seyokdur. Polis idarəsindən bildiriblər ki, Sezarı DNT nümunələrinin təhlilindən sonra ələ keçiriblər. Onun ağ avtofurqonunda ABŞ lideri Donald Trampın portreti və prezident möhürü çəkilib.

Sezarın Respublikaçılar partiyasının üzvü olduğu deyilir.

Tramp Federal İstintaq Bürosunun və xüsusi xidmət orqanlarının əməkdaşlarının işinə heyran olduğunu gizlətməyib: "Otun içində iynəni necə tapmaq olar. Onlar həlli mümkün olmayan bir işi bacardılar".

Seyokun Florida ştatında əvvəllər problemləri olub. Onu 2002-ci ildə bomba düzəltdiyinə görə həbs ediblər. 1992-ci və 2014-cü illərdə isə Sezar kiçik oğurluqda ittiham olunub.

Oktyabr ayının 22-dən bəri onun göndərdiyi paketlərdən 12-si tapılıb. ABŞ rəhbərliyi hesab edir ki, belə paketlərin sayı çox ola bilər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə