İsrail Qəzza zolağını bombaladı

İsrail Qəzza zolağını bombaladı
Yaxın Şərqdə atışmalar şiddətlənib

İsrail hərbi hava qüvvələri Qəzza zolağına aviazərbələr endirib.

Əməliyyatlar zamanı, ümumilikdə, Həmasın 80 obyekti, o cümlədən, 4-mərtəbəli bina hədəfə alınıb.

Aviazərbələr nəticəsində insan itkisi olub-olmadığı hələlik məlum deyil.

Rəsmi Tel Əviv Qəzza Zolağından İsrailə atılan 30 raketə cavab olaraq əməliyyatlar keçirdiyini açıqlayıb.

Bu arada, ötən gün İsrail hərbçiləri ilə fələstinlilərlə arasında baş vermiş qarşıdurmada 5 nəfərin öldüyü, 85 nəfərin yaralandığı bildirilir.

Yaxın Şərqdə gərginlik Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi və may ayında öz səfirliyini bu şəhərə köçürməsindən sonra artıb.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə