İtaliyadan TAP-a dəstək

İtaliyadan TAP-a dəstək
İtaliyanın baş naziri boru kəmərinin tikintisinə razılıq verib

İtaliyanın yeni hökuməti “Trans-Adriatik” boru kəmərinin tikintisinə razılıb verib.

REAL Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Cuzeppe Konte qərar qəbul edib. Onun sözlərinə görə, TAP-ın tikintisinə mane olmaq İtaliyaya on milyardlarla avroya başa gələ bilər.

“Əvvəlki hökumət tərəfindən planlaşdırılan və özündə müqavilə öhdəlikləri daşıyan layihəyə qarışmaq daha mümkün deyil”, - deyə Konte vurğulayıb.

Qeyd edək ki, TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə