Marsdakı buludun sirri

Marsdakı buludun sirri
Bulud 1500 km-lik məsafəyə yayılıb

"Mars Express" aparatı 13 sentyabr tarixində Mars planetində bulud topası aşkar edib.

Avropa Kosmik Agentliyi ikinci aydır ki, bu buludları müşahidə edir. Çünki bulud topası eyni yerdə ikinci aydır ki, asılı vəziyyətdə qalıb.

Ağ rəngli bulud topası Arsiya dağı yaxınlığındadır. Hündürlüyü 20 km olan sönmüş vulkan Farsida vilayətində yerləşir və Günəş Sisteminin ən böyük vulkanıdır. Alimlər buludun vulkandan yaranmadığını bildirirlər. Onların versiyasına əsasən, yerli hava şəraiti səbəbindən su buxarından yaranmış buluda oxşayır.

Sonuncu foto 10 oktyabr tarixində çəkilib. Bulud 1500 km-lik məsafəyə yayılıb.

Tədqiqatçılar bildirirlər ki, bulud eyni yerdə asılı qalsa da, Mars günü ərzində onun uzunluğu dəyişir.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə