Ərdoğan Türkiyənin 39 vilayətində valiləri dəyişdi

Ərdoğan Türkiyənin 39 vilayətində valiləri dəyişdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki 81 vilayətdən 39-na, o cümlədən Ankara və İstanbula yeni valilər təyin edib.

Bu barədə müvafiq fərman şənbə günü “Rəsmi qəzet”də dərc olunub.

Fərmana əsasən, İstanbul valisi Vasip Şahin Ankaraya, Qaziantep valisi Əli Yerlikaya isə İstanbula təyinat alıb. O cümlədən 20 vilayətə yeni valilər, 18 vilayətə digər vilayətlərdən, 1 vilayətə isə mərkəzi valilikdən valilər təyin olunub.

Valisi dəyişən 39 vilayətdən 13-ü böyükşəhər statusludur.

Digər xəbərlər
Bu gün

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə