Qəzza zolağında atəşkəs elan olundu

Qəzza zolağında atəşkəs elan olundu
İsrail əsgərləri yürüşə çıxan 5 fələstinlini öldürmüşdü

Fələstinin “İslam cihadı” qruplaşması Misirin vasitəçiliyindən sonra Qəzza sektorunda atəşkəsin elan olunduğunu bəyan edib.

Ötən gecə sahilyanı Qəzza anklavında vəziyyət növbəti dəfə kəskinləşib. İsrail ordusunun nümayəndəsi Conatan Konrikus oktyabrın 27-nə keçən gecə Qəzza sektorundan İsrail ərazisinin raket atəşinə tutulduğunu iddia edib. İsrail hərbçiləri buna cavab olaraq anklavdakı 80 hədəfi bombalayıb.

Budəfəki qarşılıqlı zərbələr ilin əvvəlindən bəri yeddinci, ay ərzində isə üçüncüdür. Fələstin tərəfindən raketlər cümə günü axşam, İsrail əsgərlərinin yürüşə çıxan 5 fələstinlini öldürməsindən və 200-ə yaxın ərəbi yaralamasından sonra atılıb.

Xatırladaq ki, fələstinlilər martın 30-da başlayan “Qayıdış yürüşü” çərçivəsində davamlı etiraz aksiyaları keçirirlər. Bu müddətdə Qəzza-İsrail sərhədində baş verən toqquşmalar nəticəsində 220-dək fələstinlinin öldürüldüyü, azı 22 min nəfərin zərər çəkdiyi bildirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə